Çempionlar Liqasının 1/16 final mərhələsinin “Brest”lə Parisdəki ev oyunu Fransa nəhəngi PSJ üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Paris klubu bu oyunda rəqibini 7:0 hesabı ilə darmadağın edib.
Bu qələbə parislilərin avrokubok oyunları çərçivəsində ən böyükhesablı qələbəsi kimi tarixi baxımdan əlamətdar olub. Həmçinin bu, Fransa nəhənginin avrokubok oyunlarında ən böyükhesablı ev qələbəsidir.
İlk oyunda səfərdə 3:0 hesablı qələbə qazanmış Fransa çempionu ümumi hesabda 10:0 hesablı üstünlük saxlayaraq, mötəbər yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıb. Parislilər bu mərhələdə “Liverpul” və ya “Barselona” ilə qarşılaşacaqlar.
Əlavə edək ki, buna qədər PSJ-nin UEFA bayrağı altında keçirilmiş avrokubok oyunlarında ən böyükhesablı qələbələri 2001-ci ilin İntertoto Kubokunda və Çempionlar Liqasının 2017/2018-ci illər mövsümündə qazanmışdı.
2001-ci ilin İntertoto Kubokunun yarımfinal mərhələsində Paris klubu evdə “Gent”i 7:1 (ilk oyun 0:0) hesabı ilə damadağın edərək, final mərhələsinə yüksəlmiş və yekunda yarşın üç qalibindən biri olmuşdu.
2017/2018-ci illər mövsümü Çempionlar Liqasının qrup mərhələsinin “Seltik”lə oyununda da PSJ Şotlandiya nəhənginin başına eyni müsibəti açmışdı – 7:1.


