PSJ “Barselona”ya Neymarı icarələməyi təklif etdi

Fransa çempionu PSJ-nin braziliyalı superulduzu, hücumçu Neymar bu yay Paris nəhənginin düşərgəsini tərk edə bilər.

Arena.az bu barədə “Sport” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub rəhbərliyi “Barselona”ya ulduz futbolçusunu bir mövsümə icarəyə götürməyi təklif edib. PSJ bu təklifini tezliklə gerçəkləşdirəcəyi fransalı hücumçu Usman Dembelenin transferinin bir hissəsi kimi nəzərdən keçirir.

Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun vaxtilə “Barselona”dan Fransa nəhənginə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. O zaman parislilər braziliyalı ulduzu heyətə qatmaq üçün 222 milyon avro məbləğində xərc çəkmişdilər.

Neymarın Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Neymar mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, parislilərin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib. O, PSJ ilə Fransa çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: