PSJ Luis Enrikenin komandanın baş məşqçisi vəzifəsini tərk edə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə PSJ təmsilçisi müvafiq şayiələri belə cavablayıb:
“Bu söz-söhbətlər nəinki gülünc, həm də tamamilə yersizdir”.
Daha əvvəl Luis Enrikenin hücumçu Kilian Mbappe ilə bağlı vəziyyətə görə klubu tərk edə biləcəyi haqda məlumat yayılmışdı. Mbappenin bu yay satışa razı olmayacağı halda, klubun qərarı ilə məşqçinin 2023/2024 mövsümündə ulduz futbolçuya bel bağlaya bilməyəcəyi haqda Luis Enrikeyə eyham vurulurdu.
Luis Enrike 2023-cü ilin iyulunda PSJ-nin baş məşqçisi vəzifəsinə təyin edilib.
Fransa çempionatının yeni mövsümü avqustun 11-də başlayır. PSJ Liqa-1-in 1-ci turu çərçivəsində “Loryan”la qarşılaşacaq.


