İtaliya çempionu “Napoli” Seneqaldan olan hücumçusu Viktor Osimhen üçün Fransanın PSJ klubuna 180 milyon avro “oxuyub”.
Arena.az bu barədə “Le Parisien”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, bu məbləğ parisliləri qane etməyib. “Napoli” rəhbərliyi nigeriyalı hücumçunun transfer qiymətinə yenidən baxış keçirib. Əvvəllər neapollular Osimhenlə 150 milyon avro qarşılığında ayrılmağa hazır idilərsə, indi “Napoli” rəhbərliyi bu transferdən ən azı 180 milyon avro gəlir əldə etməyi düşünür.
PSJ-nin rəhbərliyinin “Napoli”nin bu qərarını bəyənmədiyi və parislilərin Osimheni transfer etmək fikrindən daşındığı bildirilir.
2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol, 5 məhsuldar ötürmə edib, komandası ilə İtaliya çempionluğunu qazanıb.
Osimhenin “Napoli” ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Napoli” ilə Osimhen arasında müəyyən anlaşma əldə edildiyi barədə məlumat yayılmışdı.


