“Qalatasaray” da Türkiyə kubokunda 1/8 finala yüksəldi

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

Bu gün “Kayserispor” “Gənclərbirliyi”ni, “Konyaspor” “Bodrumspor”u, “Qaziantep” isə “Boluspor”u doğma meydanda məğlub edərək növbəti mərhələyə yüksəlib. “Adana Dəmirspor” məhsuldar keçən “Rizəspor”la ev oyununda məğlub olaraq mübarizəni dayandırıb. “Qalatasaray” isə “Keçiörengücü” səddini tək qolla keçib.

Xatırladaq ki, daha öncə “Ankaragücü”, “Ümraniyəspor”, “Sivasspor”, “Antalyaspor”, “Başakşəhər”, “Fənərbaxça”, “Karacabey”, “Fatih Karagümrük”, “Alanyaspor”, “Trabzonspor” və “Beşiktaş” komandaları da 1/8 finala yüksəlmişdilər.

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 23-də təşkil olunacaq. Bu mərhələnin oyunları da tək matç sistemi ilə keçiriləcək.

Türkiyə kuboku
1/6 final
20 dekabr

Ankaragücü – Tuzlaspor 2:0
Kasımpaşa – Ümraniyəspor 1:2
Sivasspor – Erokspor 5:2
Antalyaspor – Manisa 1:0
Başakşəhər – Göztəpə 3:1
Fənərbaxça – İstanbulspor 3:1

21 dekabr

Girəsunspor – Karacabey 0:5
Fatih Karagümrük – Uşakspor 3:0
Alanyaspor – Eyüpspor 3:2
Trabzonspor – Samsunspor 3:0
Beşiktaş – Şanlıurfaspor 4:2

22 dekabr

Kayserispor – Gənclərbirliyi 2:0
Konyaspor – Bodrumspor 3:2
Qaziantep – Boluspor 3:1
Adana Dəmirspor – Rizəspor 3:4
Qalatasaray – Keçiörengücü 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: