“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 15-ci turunda “Aston Villa” ilə oyunda (0:1) məğlubiyyətini şərh edib.
Arena.az BBC-yə istinadən Qvardiolanın bu barədə fikirlərini təqdim edir:
“Onlar daha yaxşı idilər, qələbəyə layiq idilər. Onları təbrik edirəm. İndi diqqətimizi növbəti oyunda qalib gəlməyin yolunu tapmağa cəmləməliyik”, deyə Qvardiola bildirib.
Məğlubiyyət “Mançester Siti”yə baha başa gəlib. “Pep”in “şəhərlilər”i turnir cədvəlində 4-cü pilləyə düşüblər. “Mançester Siti”nin 30 xalı var. “Aston Villa” qələbə sayəsində xal ehtiyatını 32 xala yüksəldib və “Siti”ni qabalayaraq 3-cü pilləyə qalxıb. Premyer Liqaya 36 xalla Mikel Artetanın “Arsenal”ı başçılıq edir.
Vurğulayaq ki, artıq ardıcıl 4-cü oyundur ki, Qvardiolanın yetirmələri Premyer Liqada qələbə üzünə həsrətdirlər – 3 heçə və 1 məğlubiyyət. Mütəxəssislər komandanın böhranda olduğunu təxmin edirlər.
Premyer Liqanın növbəti turunda, dekabrın 10-da “Mançester Siti” səfərdə “Luton Taun”la qarşılaşacaq.


