“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci tur oyunu öncəsi qarşıdakı rəqibi “Çelsi” haqda danışıb.
Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, noyabrın 12-də “Çelsi’ “Mançester Siti”ni qonaq edəcək.
“Çelsi” ən vacib klublardan biri olaraq qalır. Tuxelin rəhbərliyi altında bizə qarşı Çempionlar Liqasını qazandılar. Düzdür, son vaxtlar Premyer Liqada qalib gəlməyə yaxın deyillər, amma şübhəsiz ki, ən güclü komandalardandırlar.
Onlar aqressivdirlər və yaxşı oynayırlar. Bu mövsüm bizi ən çətin oyunlardan biri gözləyir.
Biz oyun səviyyəmizi qorumağa çalışırıq, amma gec-tez “Çelsi” qənimətlər üçün mübarizə aparacaq. Buna heç bir şübhə yoxdur”, deyə Qvardiola əminliklə bildirib.
Hazırda “Mançester Siti” 11 turdan sonra 27 Premyer Liqanın lideridir. “Çelsi” isə 15 xalla 10-cu pillədə qərarlaşıb.
Vurğulayaq ki, 11-ci turda Maurisio Poçettinonun rəhbərliyi altında “zadəganlar” Angelos Psotekoqlunun çalışdırdığı lider “Tottenhem”ə səfərdə 4:1 hesabı ilə qalib gələrək, “mahmızlar”a mövsümün ilk məğlubiyyətini yaşadıblar. Məhz bunun nəticəsəində Qvardiolanın komandası Premyer Liqanın liderliyini ələ keçiriblər.


