“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 6-cı turunda “Srvena Zvezda” ilə oyunu (3:2) şərh edib.
Arena.az “Mançester Siti”nin rəsmi saytına istinadən, Qvardiolanın bu barədə fikirlərini təqdim edir:
“Nə qol və nə oyundur. Mika Hemilton üçün elə şadam ki. O, yaxşı məşq edir və biz onun bacarığını gördük. O, fantastik qol vurdu. Müdafiədə aqressiv idi.
Bu, şübhəsiz ki, klubun akademiyası üçün xüsusi axşam idi. Bizdə Mo da vardı, o da çox yaxşı oynayırdı. Oskar Bobb komandanın heyətində ilk qolunu vurdu və eyni zamanda oyunun ən yaxşı oyunçusu oldu”, deyə Qvardiola qələbədə klubun gənc yetirmələrinin rolunu qabardıb.
“Mançester Siti” turnirin qrup mərhələsini 18 xalla “G” qrupunda 1-ci yerdə başa vurub. “Leypsiq” 12 xalla 2-ci olub. Hər iki komanda turnirin ələmə mərhələsinə vəsiqə qazanıb. “Yanq Boyz” 4 xalla 3-cü olub və mübarizəsini Avropa Liqasında davam etdirəcək. “Srvena Zvezda” isə 1 xal toplayıb və Çempionlar Liqası ilə vidalaşıb.


