“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola komandasının ötən mövsüm qazandığı “trebl”dən haqda danışıb.
Arena.az BBC-yə istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Beləsi həyatda bir dəfə olur. Keçən il etdiyimizi təkrarlamaq demək olar ki, mümkün olmayacaq.
Ötən mövsüm zirvəyə qalxdıq, amma yeni mövsümdə hər şey sıfırdan başlayır. Bütün böyük komandaların məqsədləri elə, eynidir. Daha bir zirvəyə gedən yolda çox çətinliklərlə üzləşəcəyik. Qarşıdan gələn mövsümün necə olacağını futbolumuz, səviyyəmiz, mentalitetimiz müəyyən edəcək”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, 2022/2023 mövsümündə “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında “trebl”ə imza atmışdı: “şəhərlilər” İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanmışdılar.


