“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in bu yarışda oyunu öncəsi İngiltərə Kuboku ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mançester Siti”də İngiltərə Kubokunu sevməyən bir nəfər də tapa bilməzsiniz. Hətta bu ölkədə doğulmamış mən də bu turnirin nə qədər xüsusi olduğunu indi anlayıram. Burada ən aşağı divizionlardan başlayan rəqabət inanılmazdır. Məsələn, siz İngiltərənin birinci liqasının komandaları ilə oynaya bilərsiniz”, deyə Qvardiola maraqla bildirib.
Xatırladır ki, “Mançester Siti” İngiltərə Kubokunun 1/32 final mərhələsində bu gün, yanvarın 7-də “Haddersfild Taun”u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Vurğulayaq ki, “şəhərlilər” turnirin cari qalibləridir.


