“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/8 finalında “Kopenhagen” üzərində səfər qələbəsini (3:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çox yaxşı oyun keçirdik. Belə tezlikdə oynamağımız çox gözəldir, əla idi. Gərəkli anlarda səbrli idik. Yenə komandamla fəxr edirəm, amma hələ bitməyib. Üçüncü qol bizə çox kömək etdi və ümidvaram ki, azarkeşlərimizin önündə işi başa çatdırıb növbəti mərhələyə yüksələcəyik.
Bu gün əsas vəzifə növbəti mərhələyə çıxmaq imkanlarını itirməməkdir. Qarşısının alınması mümkün olan qol buraxdıq, amma bəzən belə şeylər olur. Buraxılmış qola yaxşı qarşılıq verdik və fasiləyə qədər ikinci qolu vurduq. “Bayern” və “Mançester Yunayted”lə nə baş verdiyini bilirəm. “Kopenhagen”lə oyunlar çox çətin və gərgin ola bilər, ona görə də biz belə yüksək nəbz təyin etdik”, deyə Qvardiola izah edib.
Komandalar arasında cavab oyunu martın 7-də Mançesterdə keçiriləcək.