“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in oyun böhranı mənzərəsində uğursuz nəticələrini şərh edib.
Arena.az xatırladır ki, “Mançester Siti” bütün yarışlar çərçivəsində keçirdiyi son 12 oyunda 9 məğlubiyyət yaşayıb ki, bu, Xosep Qvardiolanın məşqçilik fəaliyyəti dövründə ən pis nəticəsidir.
“Biz bütün rekordları qırmışıq. İndi biz başqa rekordlar, digər tərəfdən isə antirekordlar vurmağa başlayırıq. Təəssüf ki, bu, doğrudur…”, deyə Qvardiola vurğulayıb.
17 oyundan 27 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Premyer Liqaya 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.


