Qvardiola “Çelsi” üzərində qələbəyə təəccübünü əsaslandırdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 1-ci turunda “Çelsi” üzərində səfər qələbəsini (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan mütəxəssis bu qələbə təəccüb etdiyini etiraf edib:

“Düzünü desəm, çox təəccüblənirəm. Münasib formamızdan uzaq idik, amma yenə də üç xal qazandıq. Uzun müddətdir ki, “Çelsi” stadionunda qələbə qazana bilmirdik, bu da yaxşıdır. Amma pis olan odur ki, qarşıdakı mövsüm ərzində 65 oyunumuz var”.

Qvardiola “Çelsi” ilə oyunda (2:0) “şəhərlilər”in qol vurmuş norveçli hücumçusu Erlinq Halandın çıxışından da danışıb.

Xatırladaq ki, Haland “şəhərlilər”in heyətində 100-cü oyununda 91-ci qolunu vurub.

“Belə göstəricilər Lionel Messi və Kristiano Ronaldonun səviyyəsinə uyğundur. Bu, bu ölkədə inanılmaz bir məqamdır”, deyə “Pep” vurğulayıb.

1-ci turdan sonra “Mançester Siti” 3 xalla yarış cədvəlinin liderlər dəstəsində – 2-ci pillədə qərarlaşıb. Xalsız “Çelsi” isə 17-ci pillədədir. Premyer Liqaya 3 xalı 3 cavabsız qolla qazanmış “Brayton” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: