Qvardiola çempionluq haqda: “Hər şey özümüzdən asılıdır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının cari mövsümündəki çempionluq yarışından danışıb.

Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çempionatda hər şey özümüzdən asılıdır. Biz “Liverpul”, “Arsenal”, “Aston Villa” və digər iddiaçıların nə etdiklərini idarə edə bilmirik. İlk növbədə özümüzə qulluq etməliyik. Hər oyunda qalib gəlmək lazımdır.

Yenidən Premyer Liqanın qalibi ola biləcəyikmi? Bilmirəm. Bu mərhələdə bir il əvvəlkindən daha çox xalımız var. Fərq ondadır ki, “Liverpul”un dan bir il əvvəlkindən daha çox xalı var. Rəqib belə çıxış edəndə onu ancaq təbrik etmək olar, daha nə demək olar ki… Bununla belə, biz oyundan oyuna keçməyə davam edəcəyik”, deyə Qvardiola vurğulayıb.

Premyer Liqanın 27 turundan sonra “Liverpul” 63 xalla yarış cədvəlinə başçılıq edir. “Mançester Siti” 62 xalla 2-ci pillədə qərarlaşıb. 26 oyundan 58 xal toplamış “Arsenal” isə hələlik 3-cü pillədə yer alıb.

“Aston Villa” (27 oyun, 55 xal) və “Tottenhem” (26 oyun, 50 xal) ilk üçlükdən tədricən geri qaldığı diqqət çəksə də, bu komandalar istənilən liderə badalaq gəlməyə qadirdirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: