“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında ehtiyat etdiyi komandanın adını açıqlayıb.
Arena.az “Men in Blazers” dərgisinə istnadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Nyukasl” qayıdacaq. Onların bu mövsüm Avropa kuboklarında çıxışları yoxdur. Onların heyrətamiz güc-qüvvəsi və fiziki hazırlığı olacaq, axı həftədə yalnız bir oyun oynayacaqlar. Biz onlara qarşı oyunlardan ehtiyatlanmalı olacağıq”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, Xosep Qvardiolanın rəhbərliyi alıtında “şəhərlilər” ötən mövsüm ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olmaqla, tarixi rekorda imza atıblar.


