Qvardiola: “Liverpul” bizdən yaxşıdır, amma…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 20-ci turunda “Şeffild Yunayted” üzərində qələbəsini (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan mütəxəssis həmçinin “şəhərlilər”in çempionluğa iddialı olmasını da vurğulayıb:

“Bu gün həmişə oynamalı olduğumuz kimi oynadıq. Biz mümkün qədər tez-tez azad bölgələr tapmağa çalışdıq. Rəqibin qapısını Halandsız, ötürmələrlə təhdid etmək çətindir. Ümumilikdə çox yaxşı oyun göstərdik. Ancaq ikinci hissə birincidən daha yaxşı keçdi.
Bu mövsüm çempionluq yarışı çox gərgin keçir. Biz zirvədə deyilik, “Liverpul” hələ də yaxşıdır. Amma buna rəğmən, “Mançester Siti” həmişə çempionluq adı uğrunda mübarizədə qalacaq”, deyə Qvardiola vurğulayıb.

Hazırda “Mançester Siti” 19 oyundan 40 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Şeffild Yunayted” isə 20 oyundan sonra 9 xalla sonuncu, 20-ci pillədə “can verir”. Premyer Liqaya 19 oyundan 42 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: