Qvardiola Mançester derbisi haqda: “Yunayted” özünə əmindir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çərçivəsində qarşıdakı Mançester derbisi haqda fikirlərini paylaşıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən “Pep”in bu barədə fikirlərini təqdim edir:

“Old Trafford”dakı oyun fərqli oyundur. Premyer Liqada mübarizə aparmalı olacağımız 87 xal var…

Bu derbi vacibdir və “Mançester Yunayted” “Kopenhagen”lə oyunda qalib gəldikdən sonra çox inamlıdır. “Old Trafford”da oynamaq həmişə çətin olur, amma hazırlaşmaq üçün vaxtımız var və biz bunu əlimizdən gələn ən yaxşı surətdə edəcəyik”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, oktyabrın 29-da “Mançester Yunayted” Premyer Liqanın 10-cu turu çərçivəsində “Old Trafford”da “Mançester Siti”ni qəbul edəcək.

Hazırda “şəhərlilər” 9 turdan sonra 21 xalla turnir cədvəlinin 2-ci pilləsində, “qırmızı şeytanlar” isə 15 xalla 8-ci pillədə qərarlaşıblar. Premyer Liqaya 23 xalla “Tottenhem” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: