Qvardiola: “Mançester Siti” ÇL-də mütləq təhlükə altındadır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in Çempionlar Liqasındakı cari mövqeyindən söhbət açıb.

Arena.az “The Independent” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Siti” mütləq təhlükə altındadır. Ona görə də xal qazanıb oyunlarda qalib gəlməliyik, əks halda ələmə mərhələsinə çıxmayacağıq. Əgər ora düşə bilməsək, deməli, buna layiq deyilik, çünki hazır deyilik, bizim çox fəsadlarımız var, onları həll etməmişik və oyunlarda qalib gəlməyin yolunu tapmamışıq. Əlbəttə, orada çoxlu iddiaçılar var. Bu, hər bir klub üçün çox vacibdir”, deyə Qvardiola vurğulayıb.

Hazırda “Mançester Siti” 6 oyundan 8 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 22-ci yerdə qərarlaşıb.

Qalan iki turda “şəhərlilər”i səfərdə PSJ (22 Dekabr) və evdə “Brügge” (29 Dekabr) ilə sınaqlar ciddi sınaqlar gözləyir. Xallar itirəcəyi halda “Mançester Siti” Çempionlar Liqasının cari mövsümündə iştirakını başa vura bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: