“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in başa çatmaqda olan cari ildəki çıxışlarının nəticələrini dəyərləndirib.
Arena.az “Manchester Evening News” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Ümumiyyətlə, pis deyil. Pis deyil. Bəlkə də bir az daha yaxşıdır, şikayət etməyə lüzum yoxdur. Biz oyunu uduzuruq və çempionluq yarışından çıxırıq, oyunda qalib gəlirik və yenidən mübarizədəyik. Hər şey ola bilər”, deyə “Pep” bildirib.
Xatırladaq ki, 2023-cü ildə “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. 2023-cü ildə ispan mütəxəssis iki fərqli klubla “trebl” qazanmış ilk məşqçi kimi adını tarixə yazıb. Qvardiola bunu ilk dəfə 2008/2009 mövsümündə “Barselona” ilə bacarmışdı.


