Qvardiola “Mançester Siti”nin müdafiə xəttini tənqid etdi

“Mançester Sini”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın “Mançester Yunayted”lə 16-cı tur ev oyunu ərəfəsində fikir bildirib.

Arena.az məlumat verir ki, ispan mütəxəssis Mançester derbisi ərəfəsində oyuna həsr edilmiş mətbuat konfransında “şəhərlilər”in müdafiə xəttini tənqid edib:

“Bizim müdafiəmiz yoxdur! Biz həddindən çox oyun uduzmuşuq! Bu baş verəndə bütün tənqid və qınaqlar layiqlidir! Amma oyunçuları təkmilləşdirmək üçün biz məşq etdirməli və çalışdırmalıyıq… müdafiəmizi… komandamızı… Bəs nə vaxt? Təəssüf ki, bütün buraxdığımız səhvlər üzərində işləməyə vaxtımız yoxdur! Video nümayiş etdirmək kifayət deyil, bizə təcrübə və məşq gərəkdir! Yazıçı olmaq üçün sadəcə kitab oxuya bilməzsən, yazı yazmağı da məşq etməlisən. Uilyam Şekspir deyilsənsə!”, deyə Qvardiola əntiqə vurğulayıb.

“Mançester Siti” – “Mançester Yunayted” oyunu bu gün, dekabrın 15-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:30-da başladacaq.

15 turdan sonra 19 xalla “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Mançester Siti” isə 27 xalla 5-ci pillədədir. Premyer Liqaya 36 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: