Qvardiola: “Mançester Yunayted” bizdən yaxşı deyildi”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun finalında “Mançester Yunayted”ə məğlubiyyəti (1:2) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunu uduzduq. “Mançester Yunayted”i təbrik edirəm. Gərgin görüş oldu. Belə də olur. Çox şey olub. Nəticədə rəqib bizə iki qol vurdu, biz isə daha çox qol vura bilmədik.

“Mançester Yunayted daha yaxşı idimi? Xeyr. Birinci hissədə fəsadlar yaşadıq, amma ikinci hissədə daha yaxşı idik. Ümumilikdə bu, yaxşı final idi.

“Mançester Yunayted”i İngiltərə Kubokunu qazanması münasibətilə təbrik edirəm. Düşünürəm ki, oyun planım uğursuz oldu.

İkinci hissə daha yaxşı keçdi. Biz daha gərgin idik, çünki, 0:2 hesabı ilə geridə idik və itirəcək heç nə yox idi. Oyun gərgin keçdi. İlk qolu buraxdıq, ikincidə müdafiədən hücuma yaxşı keçid etdilər, ona görə də “Yunayted”i heç də asan olmayan ikinci qola görə təbrik edə bilərəm.

Təəssüf ki, qolumuzu azacıq gec vurduq. Ola bilsin ki, hər şey fərqli ola bilərdi, amma biz uduzarkən komanda həmişə təzyiq göstərirdi. “Yunayted” – bu, həmişə əks-hücum edən komandadır. Birinci hissədə mübarizə vardı, ikinci hissədə isə biz daha yaxşı idik. Ümumiyyətlə, bu, final üçün yaxşı oyundur. Mən məyusam, bu, adi haldır, komandalar finalda məğlub ola bilərlər, amma bu mövsüm heyrətamiz idi. Bütün kuboklar uğrunda mübarizə apara bilirdik. İstirahət edib daha da yaxşı qayıdacağıq.

Onlar Ten Haqla bağlı qərar verməlidirlər. O, gözəl insan və inanılmaz məşqçidir. İngiltərə Kubokunu qazanmaq bizim üçün ötən mövsüm olduğu kimi, onlar üçün də vacibdir”, deyə “Pep” fikrini tamamlayıb.

Xatırladaq ki, dünən, mayın 25-də Londonun məşhur “Uembli” stadionunda keçirilmiş final oyununda “qırmızı şeytanlar” əzəli rəqibləri “şəhərlilər”i 2:1 hesabı ilə məğlub ediblər.

“Mançester Yunayted” 13-cü dəfə İngiltərə Kubokunun qalibi olub. “Mançester Siti”nin isə 7 qəniməti var.

İngiltərə Kubokunda ən çox qalibiyyət əldə etmiş komanda isə “Arsenal”dır. “Topçular”ın 14 qəniməti var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: