“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola oyunsonrası mətbuat konfransında “Vulverhempton”a məğlubiyyəti (1:2) şərh edib.
Arena.az BBC-yə istinadən “Pep”in bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Vulverhempton”u təbrik edirəm, onlar qələbəyə layiq idilər. Bizim imkanlarımız oldu, amma keçid mərhələlərində çətinliklərimiz vardı. Rəqib çox yaxşı oynadı. Biz normal fəaliyyət göstərirdik, oyuna girirdik, amma bəzən rəqib sadəcə olaraq daha sürətli idi və biz bunu qəbul etməliyik.
Bernardo Silva tezliklə qayıdacaq, Con Stounz da tezliklə qayıdacaq. Görək, UEFA Çempionlar Liqası üçün nə qədər oyunçumuz əlçatan olacaq.
“Nyukasl”la oyunda (0:1) biz indikindən qat-qat yaxşı idik. İrəli gedirik”, deyə Qvardiola fikrini nikbin ruhda tamamlayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində aldığı bu məğlubiyyət cari mövsümündə “şəhərlilər”in ilk xalsız qaldığı oyundur. Bu, Qvardiolanın yetirmələrinin ardıcıl ikinci məğlubiyyətidir. Buna qədər “Mançester Siti” İngiltərə Liqa Kubokunda “Nyukasl”a məğlub olaraq (0:1) mübarizəni dayandırmışdı.
Hazırda “Mançester Siti” məğlubiyyətinə rəğmən 18 xalla Premyer Liqada liderliyini davam etdirir.


