Qvardiola tənqidləri cavabladı: “Qalib gəlmirsənsə, heç bir şeysən”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola son vaxtlar komandasının ünvanına yönəlmiş tənqidləri cavablayıb.

Arena.az ESPN portalına istinadən məlumat verir ki, ispan mütəxəssis “şəhərlilər”in son səkkiz ildə mütəmadi olaraq layiqli futbol nümayiş etdirdiyini vurğulayıb:

“Futbol belədir. Qalib gəlmirsənsə, heç bir şeysən, boş yersən. Nə qədər çox qazansan, bir o qədər də sənin uğursuzluğunu gözləyirlər. Ancaq qazandığımız bütün qənimətlər inanılmaz bir şeydir.

Komanda qalib gəlməyi dayandırdıqda, şübhələr yaranır və bu, olduqca adidir. Gəlin görək hadisələr necə inkişaf edəcək. Son səkkiz il ərzində demək olar ki, həmişə ən yaxşı futbolumuzu oynamışıq. Ancaq biz məğlub olan kimi ətrafımızdakılar məğlubiyyəti dərhal böhran, fəlakət kimi qəbul edirlər”, deyə Qvardiola bildirib.

Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasında keçirdiyi 17 oyundan 34 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: