“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/8 finalında “Kopenhagen”lə cavab oyun ərəfəsində komandasının məqsədini açıqlayıb.
Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizim yeganə məqsədimiz 1/4 finala yüksəlməyə çalışmaqdır. Biz hələ “trebl”dən danışmaqdan çox uzağıq. Bəli, keçən mövsüm “İnter”ə qarşı finalda qalib gəldik, amma indi bu, yalnız martın əvvəlidir.
“Kopenhagen”lə oynayacağıq. Dünəndən bəri və bu gün bütün diqqətimi buna yönəltmişəm”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, səfərdə keçirilmiş ilk oyunda “şəhərlilər” “Kopenhagen” üzərində 3:1 hesablı inamlı qələbə qazanmışdılar.
Cavab oyunu bu gecə Mançesterdə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


