Raul Albiol daha bir il “Vilyarreal”da qalacaq

İspaniyanın “Vilyarreal” komandasının mərkəz müdafiəçisi Raul Albiol La Liqa klubu ilə müqaviləsinin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Raul Albiol 2019-cu ilin iyul ayından “Vilyarreal”da çıxış edir. İspaniyalı oyunçu bu komandanın heyətində meydana çıxdığı 155 oyunda 4 qol da vurub. O, daha əvvəl ölkəsində “Real” (118 oyun, 2 qol, 1 asist), “Xetafe” (17 oyun, 1 qol) və “Valensiya” (179 oyun, 8 qol, 1 asist) kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi İtaliyada “Napoli”nin də uğurları üçün çalışıb – 236 oyun, 6 qol və 9 məhsuldar ötürmə.

Raul İspaniya millisində də forma geyinib. O, yığmada 58 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: