“Real” “İlin komandası” mükafatına layiq görüldü

“Real” Madriddə keçirilmiş “Laureus World Sports Awards 2025” təqdimatında “İlin komandası” mükafatına layiq görülüb.

Arena.az məlumat verir ki, İspaniya nəhəngi 70-dən artıq ölkədən 1000-dən çox kütləvi informasiya vasitəsinin səsverməsi əsasında müəyyənləşdirilmiş qısa siyahıda yer alıb.

Həmin siyahıda həmçinin “Boston Seltiks” (basketbol, ABŞ), “Barselona” (qadınlardan ibarət futbol komandası, İspaniya), “Maklaren” (avtoidman, Böyük Britaniya), futbol üzrə kişilərdən ibarət İtaliya milli yığma komandası və basketbol üzrə kişilərdən ibarət ABŞ yığması yer alıblar.

Qısa siyahı müəyyənləşdirildikdən sonra “Laureus” Ümumdünya idman akademiyası müvafiq siyahıdan qalibi seçib – “Real”ı “İlin komandası” elan edib.