“Real” seks videosunu yaymaqda şübhəli bilinən futbolçusu Raul Asensionu heyətdən kənarlaşdırmaq qərarına gəlib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Belə ki, “Real”ın məşqçilər qərargahı La Liqanın 18-ci turu çərçivəsində madridlilərin “Alaves”lə oyununun başlamasına bir neçə saat qalmış, daha əvvəl “Real”ın ikinci komandasından əsas heyətə cəlb edilmiş mərkəz müdafiəçi Raul Asensionu oyunun iştirak ərizəsindən kənarlaşdırmaq qərarına gəlib.
Bildirilir ki, Asensionun iştirak ərizəsindən kənarda qalması futbolçunun yetkinlik yaşına çatmamış qızın çəkildiyi seks videosunu yaymaqda şübhəli bilindiyi üçün barəsində məhkəmə istintaqının aparılması ilə bağlıdır.
Xatırladaq ki, intim videoların yayılması ilə bağlı hadisə ötən ilin payızında baş vermişdi. Bu vəziyyəti araşdırmaq üçün videoda qeydə alınmış 16 yaşlı qızın anası polisə müraciət edib. “Kastilya”da çıxış edən iki futbolçu və “Real”ın “C” komandasında çıxış edən digər futbolçu bu cinayətdə ittiham edilir. İş üzrə istintaq davam edir.


