“Real” seks qalmaqalı ilə bağlı bəyanat yaydı

“Real”, azyaşlı ilə intim videonun yayılmasına görə gənclər komandasının 4 futbolçusunun saxlanılması ilə bağlı bəyanat yayıb.

Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən məlumat verir:

“Kastilya”nın bir oyunçusu və klubun C komandasının üç oyunçusu “WhatsApp” vasitəsilə şəxsi videonun yayılması təxmini ilə bağlı şikayətlə əlaqədar Mülki Qvardiya qarşısında ifadə veriblər. Klub təfərrüatlardan xəbərdar olanda, müvafiq tədbirlər görəcək”, – “kral klubu”nun rəsmi bəyanatında deyilir.

İspaniya mətbuatının yaydığı məlumata görə, bu çirkin işlə məşğul olanları 5 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, qalmaqallı görüntülər “WhatsApp” messencerində yayılıb, bundan sonra videoda iştirak etmiş 16 yaşlı qızın anası polisə müraciət edib. Hazırda Las-Palmas polisi tərəfindən işlə bağlı təhqiqat aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: