“Real” son 11 ilin antirekordunu təkrarladı

Məlum olduğu kmii, “Real” İspaniya La Liqasının 30-cu turunun “Valensiya” ilə ev oyununda 1:2 hesabı ilə məğlub olub.

Arena.az xatırladır ki, oyunun 13-cü dəqiqəsində “qaymaqlılar” braziliyalı ulduz hücumçusu Vinisius Juniorun ifasnda penaltini qol çevirə bilməyiblər – “yarasalar”ın gürcü qapıçısı Georgi Mamardaşvili qurtarış edib.

Beləliklə, “Real” son 11 ilin klub antirekordunu təkrarlayıb. Belə ki, İspaniya nəhəngi cari mövsümdə 5-ci dəfə penalti zərbəsindən yararlana bilməyib. Ümumilkdə paytaxt təmsilçisi cari mövsümdə 16 dəfə penalti vurmaq hüququ əldə edib, yalnız 11 zərbəni qol çevirib. Madrid klubu müvafiq uğursuzluğu 2013/2014-cü illər mövsümündə yaşamışdı. Maraqlıdır ki, həmin mövsümdə “Real” İspaniya La Liqasını 3-cü pillədə başa vursa da, İspaniya Kral Kubokunu və UEFA Çempionlar Liqasını qazanmışdı.

30 oyundan 63 xal topamış son çempion İsapniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya 67 xalla “Barselona” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: