“Real Sosyedad” hesab edir ki, La Liqanın 9-cu turunda “Atletiko” ilə oyunda hakimlərin qərəzli qərarları ucbatından uduzub.
Arena.az məlumat verir ki, bask klubu hakimliyi ədalətsiz adlandıraraq, bu barədə hətta rəsmi saytı üzrəindən iddialı bəyanat yayıb:
“Bu itki ağrı yaşadır. Yalnız bir tərəfə penalti təyin etmək ədalətsizlikdir. İndi beynəlxalq fasilə zamanı dincəlmək və qarşıda olanlara köklənmək vaxtı gəldi”, – klubun rəsmi saytında deyilir.
Bask klubu madridlilərə qarşı qanuni penaltinin verilmədiyini vurğulayıb. Həmçinin “Real Sosyedad” oyunun baş hakimliyini icra etmiş Xose Munuera Monteronun son dəqiqələrdə komandanın qapısına penalti təyin etməsi məqamını qabardıb.
Xatırladaq ki, La Liqanın 9-cu tur çərçivəsində Madriddə “Atletiko”nun qonağı olmuş “Real Sosyedad” 1:2 hesabı ilə məğlub olub.
8 oyundan 19 xal toplamış “döşəkçilər” La Liqanın turnir cədvəlində 4-cü yerdə qərarlaşıblar. Sosyedad təmsilçisi isə 9 oyundan 15 xalla 6-cı pillədədir.


