İspaniya çempionu “Real” “Rayo Maxadaonda”nın 16 yaşlı ukraynalı qapıçısı İlya Voloşini transfer etməyə hazırlaşır.
Arena.az bu barədə ünlü “Marca” nəşrinin jurnalisti Ramon Alvares de Mona istinadən məlumat verir.
Mənbənin məlumatına görə, transfer həllini tapmaq üzrədir. “Kral klubu”nun Voloşinlə razılığa gəldiyi vurğulanır. Hazırda “Real” “Rayo Maxadaonda”nın rəhbərliyi ilə danışıqlar aparır. 16 yaşlı yeniyetmə qapıçını xüsusi cəhəti boyunun 2 metrdən də çox olmasıdır.
Xatırladaq ki, İspaniya nəhənginin heyətində digər ukraynalı qapıçı Andrey Lunin çıxış edir.


