“Real”ın keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Leo Benhakker aprelin 10-da 82 yaşında ikən dünyasını dəyişib.
Arena.az bu barədə “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir:
“Real Madrid” futbol klubu, onun prezidenti və direktorlar şurası “Real”ın tarixi məşqçisi, komandamızı 1986-cı idən 1989-cu ilə qədər və 1992-ci ildə çalışdırmış Leo Benhakkerin vəfatından dərin təəssüf hissi keçirir”, – “qaymaqlılar”ın başsağlığında deyilir.
Leo Benhakker başçılığı altında “Real” İspaniya çempionatında üç çempionluq qazanıb, İspaniya Kral Kubokunun qalibi olub və İspaniya Super Kubokunu iki dəfə muzeyinə aparıb.
“Real”dan başqa Benhakker “Ayaks” və “Feyenoord” klublarını uğurla çalışdırıb, eləcə də Niderland, Səudiyyə Ərəbistanı və Polşa yığmasının sükanı arxasındakı fəaliyyəti ilə diqqət çəkib.


