“Real”ın mövsümün qalan hissəsi üçün hədəfi açıqlandı

Artıq məlum olduğu kimi, “Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal” səddini keçə bilməyərək mübarizədən kənarlaşdırılıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, baş məşqçi Karlo Ançelotti mövsümün qalan hissəsi üçün “qaymaqlılar”ın hədəfini açıqlayıb:

“Biz bu vəziyyətin öhdəsindən necə gəlirik? Hazırda, biz İspaniya La Liqası qəniməti uğrunda mübarizə aparırıq. Bəli, biz yarış cədvəlində geri qalırıq, ancaq qarşıda “Barselona” ilə oyunumuz var. Həmçinin İspaniya Kral Kubokunun finalı və bu sonsuz mövsümdə klublararası dünya çempionatı var. Bizə başımızı qaldırıb dik tutmaq və öz səhvlərimiz üzərində öyrənmək gərəkdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Londondakı ilk oyunda 0:3 hesablı gözlənilməz məğlubiyyət yaşamış “Real”, Madriddəki cavab oyununda da “Arsenal”a 1:2 hesabı ilə məğlub olaraq, Çempionlar Liqası ilə vidalaşıb.

“Real” İspaniya La Liqasının 31 oyunundan sonra 66 xalla yarış cədvəlinin 2-ci pilləsindən, 70 xala malik lider “Barselona”nı təqib edir. Həmçinin Madrid klubu aprelin 26-da əzəli rəqibi “Barselona” ilə İspaniya Kral Kubokunun finalında qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: