“Real” məzunu, ispan keçmiş sol cinah müdafiəçisi Xavyer Dorado fevralın 27-də 48 yaşında dünyasını dəyişib.
Arena.az bu barədə “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Dorado 2022-ci ildən onkoloji xəstəliklə mübarizə aparırdı, futbolçu sümük iliyinin köçürülməsi cərrahi əməliyyatı keçirmişdi.
“Klub, onun prezidenti və direktorlar şurası “Real”ın gənclər komandasının oyunçusu və 1999-cu ildən 2000-ci ilə qədər bizim əsas komandamızın oyunçusu olmuş Xavyer Doradonun ölümünə dərin hüznlə acıyır.
Biz öz başsağlığımızı və dəstəyimizi onun ailəsinə, komanda yoldaşlarına, bütün yaxınlarına və oynadığı bütün klublara bildiririk. Ruhun şad olsun”, – “Real”ın başsağlığında deyilir.
Dorado “Real”ın heyətində ümumilikdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyun keçirib və 1999/2000-ci illər mövsümü UEFA Çempionlar Liqasının qalibi olub.
Xavyer Dorado həmçinin “Salamanka”, “Sportinq” (Xixon), “Rayo Valyekano”, “Malyorka” və “Atletiko” (Baleares) oynayıb.


