“Real”ın yetirmələri məhkəmədə ifadə verməkdən imtina etdilər

Yetkinlik yaşına çatmayan qızın çəkildiyi seks videosunu yaymaqda ittiham edilən “Real” akademiyasının 4 yetirməsi məhkəməyə çıxarılıb.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, “qəhrəmanlar”dan ikisi məhkəmədə ifadə verməkdən imtina edib.

Mənbənin məlumatına görə, “Real” akademiyasının digər iki oyunçusu yalnız vəkillərinin suallarına cavab versə də, ifadə veriblər. Digər ikisi isə mobil telefonları məhkəməyə təqdim edilməyənə qədər bunu etməyəcəklərini bildiriblər. Bununla bağlı tarix hələ müəyyən edilməyib.

İfadə vermiş iki oyunçudan birinin vəkili bildirib ki, müvəkkili öz iradəsi ilə ifadə verib. Çünki “gizlədəcək heç nə yoxdur” və o, təqsirsizliyini qoruyub saxlayıb, həmçinin ittiham edildiyi amillərlə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, ötən ilin payızında gənc qız “WhatsApp” messencerində onun iştirakı ilə seksual xüsusiyyətli videonun “Real” akademiyasının yetirmələri tərəfindən yayılması nəticəsində qurbana çevrilib. Bu vəziyyəti anlamaq üçün videoda iştirakı keçən 16 yaşlı qızın anası polisə müraciət edib.

Hadisələrin inkişadı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: