Roman Abramoviç “Çelsi” ilə bağlı məhkəmə iddiasını uduzdu

Rusiyalı milyarder Roman Abramoviç çərşənbə günü Avropa İttifaqının sanksiyalarının ləğvi ilə bağlı məhkəmədə uduzub.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edilmişdi. İş adamı bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlib.
Bununla belə, Avropa İttifaqının Brüssel məhkəməsi Abramoviçin Rusiya poladtökmə şirkəti “Evraz”dakı rolunu qeyd edərək, iddianı, eləcə də təzminat tələblərini rədd edib.

Xatırladaq ki, sanksiyalara məruz qalmış Roman Abramoviç 2022-ci ildə “Çelsi”ni satmaq məcburiyyətində. London klubu amerikan sahibkar Todd Bouli tərəfindən 4,82 milyard avroya alınıb.
Razılaşmadan əldə edilmiş 2,6 milyard avro məbləğində gəlirin Ukraynaya humanitar yardıma xərclənəcəyi güman edilirdi. Amma bu məsələdə şübhə yeri hələ də qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: