Ronald Kuman: “Real” bir çox baxışlarda “Barselona”nı üstələyir”

Keçmiş baş məşqçisi Ronald Kuman “Barselona”ya daha yaxşı nəticələr əldə etmək üçün nəyin əskik olduğu haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Real” bir çox baxışlarda “Barsa”dan üstündür. Bilirəm ki, “Barsa”da Yamal, Pedri və ya Qavi kimi bir çox gənc oyunçu var. Amma onlara, dünyanı hər cəhətdən yaxşılığa doğru dəyişən Mbappe kimi oyunçular gərəkdir. Əgər sizin belə oyunçularınız və ya Messi kimi biri yoxdursa…

Lamin öz yaşında diqqət çəkir, amma ona vaxt vermək gərəkdir. Dünyada bircə Messi var və biz gələcəkdə başqa birisini görməyəcəyik”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, Ronald Kuman “Barselona”nı 2020/2021-ci illər mövsümündə çalışdırıb. 1998/1999-cu illər mövsümündə isə Kuman “blauqrana”da baş məşqçinin köməkçisi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: