“Sabah” FİBA Avropa Kubokunu məğlubiyyətlə başa vurdu

Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu altıncı oyununda Çexiyanın “Nimburk” komandası ilə qarşılaşıb.

Bakı İdman Sarayında təşkil olunan 6-cı turun matçına saat 19:00-da start verilib. Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib – 89:97.

Xatırladaq ki, Azərbaycan təmsilçisi “Nimbruk”a qarşı səfərdə keçirdiyi ilk oyunda da 61:95 hesabıyla məğlub olmuşdu. Komandamız Türkiyənin “Baxçaşəhər” komandası ilə ev oyununda 65:83, səfər matçında 88:90 hesablı məğlubiyyətə üzülmüşdü. Monteneqroda “Mornar”a qarşı keçirdiyi oyunda 75:80 hesabıyla uduzmuş Bakı klubu, bu rəqibinə Bakıda 81:74 hesabıyla qalib gəlmişdi.

Azərbaycan çempionu qrup mərhələsini 7 xalla 3-cü pillədə başa vurub. Bu gün doğma meydanda “Mornar”a 103:68 hesabıyla qalib gələn Türkiyənin “Baxçaşəhər” komandası isə qrup lideri olub.

FIBA Avropa Kuboku
D qrupu, 6-cı tur
22 noyabr

“Sabah” – “Nimbruk” 89:97
Bakı İdman Sarayı.

Xal: Baxçaşəhər – 11. Nimbruk – 11. Sabah – 7. Mornar – 7.

Qarşılaşmadan sonra Azərbaycan təmsilçisinin məşqçisiz Nikola Bojinovski “Nimburk”a qarşı sərgilədikləri oyunla bağlı bunları söyləyib:

“FIBA Avropa Kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik. Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin”.

Xəbəri sosial şəbəkələrdə paylaş: