Noyabrın 13-də İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında şahmat üzrə dünya birinciliyinə start veriləcək.
Arena.az xəbər verir ki, mötəbər yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.
Dünya birinciliyində Azərbaycanı 6 oğlan və 5 qız şahmatçı təmsil edəcək.
Şahmat yığmamızın heyəti belədir:
Oğlanlar
Şiroğlan Talıbov
Aqil İsrailov
Hüseyn Seyid
Rüstəm Rüstəmov
Tunar Davudov
Ziya Həsənli
Qızlar
Ayan Allahverdiyeva
Səmra Qasımova
Nurtən Nuriyeva
Selcan İsmayıl
Lalə Hüseynova
Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.
Qeyd edək ki, yarışa noyabrın 25-də yekun vurulacaq.


