“Sanderlend”in 23 yaşlı ingilis sol vingeri Cek Daymond tanışlıq tətbiqində tanış olduğu qızı öz evinə dəvət edərək, onu zorlayıb.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Daymond qıza 2022-ci ilin mayında təcavüz edib. Onlar əvvəlcə “Tinder” portalı vasitəsilə tanış olublar, sonra isə Cek qızla əlaqə saxlayıb və öz evinə gəlməsini istəyib. Cek romantik görüş və münasibətin qarşılıqlı inkişafını istəyibmiş.
Qız Daymondun evinə gəlməyə razılaşıb. Ancaq bildirib ki, gəlişi “qucaqlaşmaq” məqsədi daşıyır və o vaxt müalicə aldığı üçün sekslə məşğul ola bilməyəcəyini Cekə bildirib.
Beləliklə bir az mazaqlaşandan sonra cütlük yatağa uzanıb və Cekin sözlərinə görə, qız cuşə gələrək, seksə razılaşıb. Cek ehtirasa gələrək fəaliyyətə keçib. Tezliklə qız futbolçunun qızışdığını görüb və Cekdən dayanmasını xahiş edib, amma şəhvəti coşmuş futbolçu qızın xahişinə məhəl qoymayıb və tələbini yerinə yetirməyib. Qızın sözlərinə görə, qızmış Cek əl saxlamayıb və onu zorlayıb. Eyni zamanda, Cek özü seksual fəaliyyətinin qarşılıqlı olduğunu, amma cinsi əlaqənin olmadığını bildirir.
Bu biabırçı hadisənin ictimailəşməsindən sonra “Sanderlend” 2023-cü ilin martında, futbolçuya qarşı ittiham irəli sürüldükdə Cek Daymondu komandadan uzaqlaşdırıb.
Hazırda iş davam edir və hadisələrin inkişafı gözlənilir.
Xatırladaq ki, Cek Daymond “Sanderlend”in öz yetirməsidir. 23 yaşlı vinger “Harroget Taun” və “Linkoln Siti” klublarında icarədə də olub.


