Simon Kyaer 2024-cü ilə qədər “Milan”da qalacaq

İtaliyanın “Milan” klubu müdafiəçisi Simon Kyaer ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Danimarkalı futbolçu ilə sözləşmənin müddəti 2024-cü ilin yayınadək uzadılıb. Təсrübəli mərkəz müdafiəçisinin klubla əvvəlki müqaviləsi bu mövsümün sonuna qədər idi.

Simon Kyaer 2020-ci ilin yanvarından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edir. 32 yaşlı müdafiəçi bu komandanın heyətində indiyə qədər müxtəlif turnirlər çərçivəsində 66 matça çıxıb, 1 qol vurub. Danimarka yığmasına da dəvət alan futbolçu, millidə 117 oyun keçirib, 5 qola imza atıb. Kyaer daha öncə “Midtyulland”, “Palermo”, “Volfsburq”, “Roma”, “Lill”, “Fənərbaxça”, “Sevilya” və “Atalanta”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: