“Transfermarkt” internet-portalı son 10 ildə futbolçu alqı-satqısından mütləq gəlir əldə etmiş futbol klublarının siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində ən gəlirli klub olaraq, futbolçu bazarında 743 milyon avro məbləğində qazanc əldə etmiş Portuqaliya nəhəngi “Benfika” yer alıb.
2-ci pillədə 483 milyon avro məbləğində qazancla Niderland nəhəngi “Ayaks” qərarlaşıb.
İlk üçlüyü 463 milyon avro məbləğində gəlirlə Avstriya “Zalsburq”u qapayır.
Son 10 ildə transfer bazarında ən çox gəlir əldə etmiş klubların onluğunu təqdim edirik:
- “Benfika” – 743 milyon avro;
- “Ayaks” – 483 milyon avro;
- “Zalsburq” – 463 milyon avro;
- “Lill” – 380 milyon avro;
- “Sportinq” (Lissabon) – 369 milyon avro;
- “Portu” – 358 milyon avro;
- “Monako” – 288 milyon avro;
- “Braqa” – 236 milyon avro;
- PSV – 231 milyon avro;
- “Dinamo” (Zaqreb) – 231 milyon avro.


