İngiltərənin “Bernli” klubu baş məşqçi Şon Dayç ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dayçla yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Şon Dayç 2012-ci ildən “Bernli”ni çalışdırır. 50 yaşlı ingilis mütəxəssis daha öncə “Uotford”da baş məşqçi işləyib. Dayç “Bernli”ni bütövlükdə 396 matça çıxarıb. Komanda onun rəhbərliyi altında 144 qələbə qazanıb, 107 heç-heçə edib, 145 məğlubiyyətə üzülüb. “Bernli” bu mövsüm Premyer Liqada 18-ci sırada qərarlaşıb.