“Çelsi”nin ev oyunlarını keçirdiyi Londonun “Stemford Bric” stadionunun təmiri üçün işlər 7 ilə qədər uzana bilər.
Arena.az bu badərə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir.
“Chelsea Pitch Owners” (CPO) təşkilatı klubunun səhmdarlarına müraciət edərək, məsələnin mahiyyətini açıb:
“CPO-ya hələ ki, stadionla bağlı gələcək planlarla əlaqədar, klub tərəfindən hər hansı bir qərar verilməyib. İnanırıq ki, bütün mövcud seçimləri nəzərdən keçirdikdən sonra, nəhayət, yaxın vaxtlarda qərar veriləcək.
Başa düşürük ki, ərazinin alqı-satqısı razılaşdırılsa da, onun boşaldılmasına bir qədər vaxt lazımdır. Bu işin bir hissəsi klubun əvvəlki sahibi Roman Abramoviçin rəhbərliyi altında həyata keçirilsə də, yeni planlaşdırma tətbiqi də tələb olunacaq. Ərizə təsdiqləndikdən sonra sökülmə və təmir üçün tələb olunan vaxt 4 ildən 7 ilə qədər dəyişəcək və bu müddət ərzində klubdan ev oyunlarını başqa yerdə keçirməsi tələb olunacaq”, – CPO rəhbəri Kris İzitt bildirib.
“Daily Mail”in məlumatına görə, yenidənqurma layihəsi “Çelsi”yə 2 milyard funt-sterlinqə başa gələ bilər.


