Sven-Yoran Eriksson: “Həmişə “Liverpul”un pərəstişkarı olmuşam”

İngiltərə yığmasının sabiq baş məşqçisi Sven-Yoran Eriksson “Liverpul” Futbol Klubunun pərəstişkarı olduğunu etiraf edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Erikssonun bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Atam hələ də “Liverpul” azarkeşidir, elə, mən də. Mən həmişə “qırmızılar”ın pərəstişkarı olmuşam. Və mən həmişə “Liverpul”un baş məşqçisi olmaq istəmişəm, baxmayaraq ki, bunun baş verməyəcəyi aydındır. Amma bəli, mən hələ də mersisaydlıların azarkeşiyəm”, deyə isveçli mütəxəssis bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Erikssonun xərçəng xəstəliyinə tutulduğu haqda məlumat yayılmışdı.

1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.

2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: