Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 7-ci tur çərçivəsində “Fulad”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” meydandan məğlubiyyətlə ayrılıblar – 1:2. Təbrizlilər 41-ci dəqiqədə hesabı açdıqları bu oyunun ilk hissəsinin sonlarında azlıqda qalıblar. Bundan maksimum yararlanan “Fulad” fasilə ərəfəsində hesabı bərabərləşdirib, ikinci hissədə isə qələbə qoluna imza atıb.
“Traktor” hazırda 7 oyuna topladığı 13 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını oktyabrın 18-də səfərdə “Gol Gohar”a qarşı keçirəcək.


