Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Super Liqanın lideri, çempionluğa çox yaxın olan “Trabzonspor” yarımfinalın ilk matçında “Kayserispor”u qəbul edib. “Medical Park” stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.
Digər yarımfinal matçında sabah “Alanyaspor” “Sivasspor”u qəbul edəcək.
Türkiyə Kubokunda yarımfinalın cavab görüşləri 10-11 mayda keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinalın ilk oyunları
19 aprel
Trabzonspor – Kayserispor 1:0
Qol: Kornelius, 87.
20 aprel
21:30. Alanyaspor – Sivasspor


