Türkiyə kubokunda 5-ci mərhələnin püşkü atıldı: Namiq üçün “Qaziantep”

Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, bu mərhələdən etibarən ötən mövsüm Liqanı ilk beş pillədə bitirmiş komandalar da mübarizəyə qoşulacaq.

Söhbət “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça”, “Trabzonspor” və “Sivasspor”dan gedir. Son çempion və kubokun qalibi “Beşiktaş” bu mərhələdə “Altay”la qarşılaşacaq. “Qalatasaray” “Dənizlispor”la, “Fənərbaxça” “Afyonspor”la, “Trabzonspor” isə “Boluspor”la üz-üzə gələcək. “Sivasspor” isə “Ankaragücü”nə rəqib olub.

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor”un da rəqibi bəlli olub. TFF 1-ci liqa təmsilçisi bu mərhələdə Super Liqada mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin oyunları 28-30 dekabr aralığında keçiriləcək. Qaliblər bir oyuna əsasən müəyyənləşəcək. Püşk zamanı adları ilk çıxan kollektivlər meydan sahibi qismində çıxış edəcək.

Türkiyə kuboku
5-ci təsnifat mərhələsi
28-29-30 dekabr

Fənərbaxça – Afyonspor
Beşiktaş – Altay
Qalatasaray – Dənizlispor
Trabzonspor – Boluspor
Kasımpaşa – Kocaelispor
Alanyaspor – Mardin 1969 Spor
Göztəpə – Samsunspor
Yeni Malatyaspor – Bandırmaspor
Hatayspor – Menemenspor
Adana Dəmirspor – Ankaraspor
Sivasspor – Ankaragücü
Kayserispor – Aksaray Bələdiyyəspor
Qaziantep – Bursaspor
Antalyaspor – Girəsunspor
Konyaspor – Ümraniyəspor

Xəbəri sosial şəbəkələrdə paylaş: