Türkiyə kubokunun qalibi bəlli oldu

Futbol üzrə Türkiyə kubokunun 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda “Kayserispor”la “Sivasspor” komandaları üz-üzə gəlib.

Qarşılaşmada hesabı ilk hissədə “Kayserispor” açıb. Sivas təmsilçisi buraxılan qolun əvəzini ikinci hissədə çıxıb. Matçın əsas vaxtı 1:1 hesabıyla bitib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə yarım saatda daha üç qol qeydə alınıb. Yekunda 3:2 hesabıyla üstün olan “Sivasspor” Türkiyə kubokunun qalibi olub.

Qeyd edək ki, “Sivasspor” tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlmişdi. “Kayserispor” isə artıq bir dəfə belə uğura imza atmışdı. Sözügedən komanda 2008-ci ildə yüksəldiyi Türkiyə kubokunun həlledici matçında “Gənclərbirliyi”nə qalib gəlmişdi – 0:0, penaltilər – 11:10.

Türkiyə kuboku
Final
26 may

Kayserispor – Sivasspor 2:3
Qol: R.Civelek, 33. İ.Parlak, 107 – Appidanqoye, 60. Qradel, 95. Konate, 113.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: