“Barselona”nın sabiq futbolçusu Tyaqo Alkantara yeni mövsüm ərəfəsində “blauqrana”nın məşqçilər qərargahını tərk edib.
Arena.az bu barədə “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Tyaqo Alkantara “Barselona”nın alman baş məşqçisi Hans-Diter Flikin qərargahında cəmi bir ay işləyib. Braziliyaəsilli ispaniyalı mütəxəssisin təyinatı 2024-cü ilin iyulun 17-də elan edilmişdi.
Alkantaranın əsas komandanın məşqçilər qərargahındakı yerini indiyədək “Barselona”nın yeniyetmələrdən ibarət U-16 komandasının çalışdırıcısı olmuş Arnau Blanko tutacaq.
Daha əvvəl bildirilmişdi ki, Alkantara uzun müddət ərzində Flikin qərargahında rabitə üzrə köməkçi kimi qalmağı planlaşdırmır – alman mütəxəssis ispan dilini öyrənən kimi Alkantara “Barselona”nı tərk edəcək.


